Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək.

«Oriqami» uşaq və yeniyetmələr ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı "Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!" layihəsinin icrasını davam etdirir.Sentyabrın 13-də məktəbdə pedaqoji heyət, könüllülər qrupu və valideynlərin iştirakı ilə layihənin təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə məktəbin direktoru Mətanət Məmmədova açaraq, tədbir iştirakçılarına «Oriqami» təşkilatının icra etdiyi "Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək !" layihəsi barədə məlumat verib.Sonra layihə rəhbəri Namiq Nəcəfov çıxış edərək, respublikanın avtomobil yollarında ara-sıra baş verən 2021 və 2022-ci ilin 9 ayı ərzində yol qəza hadısələri barədə ümumi statistik məlumatı iştirakçılara çatdırmışdlr. Layihə rəhbəri çıxışında yol qəza hadisələrinin uşaq ölümü ilə nəticələnən faciələrə xüsusi diqqət ayırmışdır. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini G.Həmzəyeva, UBR X.İsgəndərova, 4 «d» sinif rəhbəri G.Məmmədova və könüllülər qrupunun üzvləri çıxış etmişlər.255 № li tam orta məktəbin direktoru M.Məmmədova və layihə rəhbəri N.Nəcəfov valideynlərin suallarına cavab veriblər.