Bürünc medalçımız

18-19 iyun tarixlərində məktəbimizin 9"D" sinif şagirdi , Alpman Taekvondo Klubunun üzvü Səlimə Quliyeva Xorvatiyanın Zagreb şəhərində G2 kateqoriyalı turnirin bürünc medalını qazanıb.-44 kq gənc qızlar kateqoriyasında mübarizəyə qoşulan Səlimə ümumilikdə üç döyüş keçirib. İlk döyüşündə xorvatiyalı idmançıya birinci raund 13:1, ikinci raund isə 7:4 hesabı ilə qalib gələrək, görüşü vaxtından əvvəl qələbə ilə başa vurub. Onun növbəti döyüşü almaniyalı idmançı ilə olub.Sözügedən mübarizədə yenə də Səlimə birinci raund 10-3,ikinci raund isə 4:2 hesabı ilə qalib gələrək, yarımfinal mərhələsinə adını yazdıra bilib.Yarımfinal mərhələsində misirli idmançıya minimal hesabla (8:9) məğlub olaraq, yarışı bürünc medalla başa vurub.İştirak etdiyi ilk beynəlxalq turnirində bayrağımızı ucaltmağı bacaran Səlimə Quliyeva 2-7 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək gənclər arasında dünya birinciliyində ölkəmizi təmsil edəcək.