"Zəfər yolu "

   Məktəbimizdə 02.06.2022-ci il tarixində "Şuşa" ili ilə bağlı "Zəfər yolu"adlı tədbir keçirildi.Tədbirdə şəhid anaları başda olmaqla,bir çox məktəb direktorları,Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fəqan Dünyamalıyev,Sabunçu rayon Yeni Azərbaycan Partiyasının sədr müavini Zülfüqar Cəfərov ,28 saylı Sabunçu 3-cü Dairə Seçki Komissiyasının sədri Hacıbala Babayev ,Xalq artisti Əli Nur , əməkdar artist Gülüstan Əliyeva,və bir sıra nümayəndələr iştirak etdilər. İlk öncə məktəbin direktoru Mətanət Məmmədova çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarix yazan və xalqımıza qələbə sevinci yaşadan Müzəffər Ordumuzun səyi nəticəsində ərazi bütövlüyümüz bərpa olunmasından ,düşmən üzərində qazandığı qələbənin əhəmiyyətindən danışdı.Məclisdə iştirak edən qonaqlarımız Xalq artisti Əli Nur oğlunun keçdiyi döyüş yolundan,şəhidlik zirvəsinə yüksəlməyindən söhbət açdı və şanlı qələbəmizə aid bir sıra şeirlər söylədi.Əməkdar artist Gülüstan Əliyeva şəhid olmuş ailə üzvlərindən bəhs edib Vətənə aid mahnılar səsləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi