"Xocalı faciəsi" rəsm əsərlərində

Xocalı soyqırımının otuzuncu ildönümünü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən məktəbimizin şagirdləri "Xocalı faciəsi"ni bir sıra rəsmlərdə nümayiş etdirdilər. Rəsmləri çəkən şagirdlər Xocalı faciəsini gözləri ilə görməsələr də, öz müəllimlərindən, dərnək rəhbərlərindən bu faciə ilə bağlı aldıqları məlumatları, təəssüratları uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər.