Ana dili

21 Fevral bütün dünyada “Beynəlxalq Ana Dili Günü” kimi qeyd olunur.Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. “Beynəlxalq Ana Dili Günü” münasibətilə məktəbdə bir sıra tədbirlər keçirildi. Şagirdlər “Beynəlxalq Ana Dili Günü” haqqında hazırladığı səhnəcikləri nümayiş etdirdilər, mahnılar oxudular.Ana dilimizi qorumaq, inkişaf etdirmək hamımızın borcudur şüarı altında şeirlər söylədilər.