Birlikdə düşünək layihəsi

2021-ci ilin sentyabr ayından LET,S THİNK TOGETHER (Birlikdə düşünək)layihəsi başlamışdır. Diyarbakırlı Selva Çelik və Mersinli Sevda Tamer tərəfindən qurulan layihə müxtəlif şəhərlərdən (Orhan Kılıç, Elif Çakkalıoğlu , Filiz Ersari, Mesure İspir, Sevim Barut, Umut Ateş, Zuhal Çiçək, Ünzile Şahin) və Azərbaycandan Xanım Sadıqzadə, Lamiyə Ələsgərova olmaqla) 12 partnyorla fəaliyyətini davam etdirir.Layihənin məqsədi şagirdlərin, tələbələrin həyatına toxunmaq, mövcud və məlum dəyərləri xatırlatmaq və möhkəmləndirmək,məsuliyyət bacarıqlarını gücləndirmək,dostluq münasibətlərini artırmaq,əməkdaşlıq sevgi və hörmət hissi kimi dəyərləri üzə çıxarmaq üçün nəzərdə tutulmuşdur.Layihədə iştirak edən ibtidai sinif müəllimləri Lamiyə Ələsgərova və Xanım Sadıqzadə məktəbimizi uğurla təmsil edir.Layihənin logosu olaraq Lamiyə Ələsgərovanın hazırladığı logo, posteri isə Xanın Sadıqzadənin hazırladığı poster seçilmişdir. Hər iki müəllimi təbrik edir və uğurlar arzulayırıq.