"Zəfər tarixi" ilə bağlı açıq dərs keçirildi

6 noyabr tarixində məktəbin 6"a" sinfində tarix fənnindən “Bayraq günü” ilə əlaqədar açıq dərs keçirildi. Sinif rəhbəri Cəfərova Firuzə şagirdlərə üçrəngli bayrağın yaranma tarixi haqqında geniş və ətraflı məlumat verdi. Şagirdlər çıxışlarında bayrağa aid şeirlər söylədi,verilən sualları həvəslə cavablandırdılar. Həvəslə əsgər formalarını geyinən şagirdlərin simasında qürur hissi nəzərə çarpırdı. Şagirdlərə aşılanmış əsl vətənpərvərlik duyğusunu onların simasından oxumamaq mümkün deyildi.