Birinci siniflərə dərs ləvazimatları paylanıldı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəbimizə birinci siniflər üçün bir sıra əyani dərs vəsaitləri təqdim olunmuşdu.Əyani dərs vəsaitlərinin davamı olaraq, yenidən şagirdlər maarifləndirici dərs ləvazimatları ilə təmin olundu. Bildiyimiz kimi tədrisdə əyani vəsaitlərin istifadəsi mühüm sayılır və müxtəlif növ didaktik material və manipulyativlərdən fəal istifadə etmək tövsiyə olunur.