"Məsafələr gözəlliklərə əngəl olmur"

Altı fərqli ölkədən on yeddi müəllim və 107 tələbə tərəfindən həyata keçirilən "Məsafələr gözəlliklərə əngəl olmur" asdlı etwinning layihəsi başa çatıb.Bu layihəni,şagirdlərin mədəni ,sosial və ekoloji dəyərlərimizin həyatımızda əhəmiyyətini dərk etmələri üçün 255 nömrəli orta məktəbin direktor müavini İradə Zülfiqarovanın məsləhətləşmələri ilə həyata keçirtdilər.Dekabr ayında başlayan və 6 ay davam edən layihə çərçivəsində yaşlılarımıza hörmət və yardım,sahibsiz heyvanları bəsləmək,sevgi,höemət,şəfqət və məsuliyyət dəyərləri kimi təlimlər,seminarlar,tətbiqetmə işləri və təlim görüşləri keçirildi.
Fərqli mədəniyyətlərə sahib olan layihə ortaqlarımızla apardığımız iş nəticəsində qazandığımız bilik və təcrübə ilə coğrafiyamızın zənginliyini də açıqladıq.