«Fərqli fərdlərin sosial adaptasiyası»

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə «Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin Sabunçu rayonu Maştağa qəsəbəsində icra etdiyi «Fərqli fərdlərin sosial adaptasiyası» layihəsi çərçivəsində bir qrup şagirdlərlə 18.02.2021-ci il tarixində Layihənin İcra Planına və Tədbirlər Proqramına əsasən növbəti tədbir təşkil olunmuşdur.Tədbirdə Sabunçu rayonu 255 № li məktəbin Tərbiyə işləri üzrə direktor müavini Zülfüqarova İradə, Psixoloq Əliyeva Samirə, Təşkilatçı İsgəndərova Xəyalə və 8 şagird iştirak etmişlər.Fərdlərin sosial adaptasiyası istiqamətində müzakirələr aparılmışdır.Psixoloq Əliyeva Samirə sosial adaptasiya problemləri barədə çıxışında sosial adaptasiya problemlərinin əhəmiyyətini qeyd etmiş,bu sahədə bəzi məlumatlar bildirmişdir.O gənclər arasında ruh düşkünlüyü, intihar hadisələrinin baş verməsi barədə söhbətlər aparmışdır..Müzakirələrdə iştirakçılar fəal iştirak etmiş,onları maraqlandıran suallar barədə fikirlərini,qeydlərini,təkliflərini bildirmişlər.Oriqami təşkilatı iştirakçıların çıxışları əsasında qeydlər aparmış və həmin çıxışların işıqlandırılması barədə məlumat vermişdir.