Zəfər ordusunun zəfərə doğru addımları

Vətən uğrunda mübarizədə Azərbaycan ordusunun şanlı qələbəsi ilə əlaqədar maarifləndirici tədbirlərin görülməsi və Azərbaycan Respublikası Təhsil nazirinin "Fəaliyyət planının təsdiqi barədə" 16.11.2020-ci il tarixli , F-512 nömrəli əmrin icrasını təmin etmək məqsədilə məktəbimizdə bir sıra tədbirlər keçirilir. 5 "d" sinfinin "Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə" adlı tədbirində əsgərlərimizin iradəsindən, vətənə olan sevgisindən prezidentimizin qürur dolu çıxışlarından bəhs edildi.