"Xocalı Şəhid- Şəhər"

Azərbaycan televiziya və radio verlişlərinin qapalı səhmdar cəmiyyəti,Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai sənət mərkəzinin təşkilatçılığı ilə 20-ci əsr tarixinə "Əsrin genosidi"kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırım hadisəsinin unutdurmamaq məqsədilə elan olunmuş "Xocalı Şəhid- Şəhər" adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirildi.Sərgidə 3"b" sinif şagirdi Xəlilov Əli Fazil oğlunun da rəsmləri yer aldı.