Şəhidlər xiyabanı and yerimizdir

Məktəbimizin 4 "a" və 4 "d" sinif şagirdləri Şəhidlər xiyabanını ziyarət etdilər.Şagirdlər Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə inşa edilmiş lövhələr qarşısında dayanaraq şerlər , bayatılar və mübarizliyə çağıran müxtəlif şüarlar səsləndirdilər.Sonda şagirdlər 20 yanvar şəhidlərinin məzarlarına qərənfillər düzdülər.