"Narkomaniyaya yox deyək"

15.01.2020-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşlarının iştirakı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbiri keçirildi.Tədbirdə rayon Polis İdarəsinin YYCPİTB –in rəisi mayor Əli Babayev, həmin bölmənin inspektoru, polis mayoru Azər Musayev iştirak etdi. Tədbir iştirakçıları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirlərin, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı mühazirə ilə çıxış etdilər. Tədbirdə həmçinin norkamaniya ilə bağlı təbliğat xarakterli videoçarx nümayiş olundu.
Tədbirin sonunda məruzəçilər tərəfindən antinarkomaniya ilə bağlı sagirdləri maraqlandıran suallar cavablandırıldı.