"Valideynin məktəbdə bir günü"

 

    20.02.2019 tarixində  məktəbdə “Valideynin məktəbdə bir günü“ layihəsinə uyğun olaraq, övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığını təmin etmək üçün valideynlərlə görüş keçirildi. “Açıq qapı” tədbiri saat 09:00-dan 13:00-dək davam etdi. Görüşdə məktəb rəhbərliyi, valideynlər və müəllim kollektivi iştirak etdi. İlk öncə məktəbin direktoru F.Həmzəyev valideynlərə məktəb barədə geniş məlumat verdi. Görüşün məqsədinin valideyn-məktəb münasibətlərinin daha da təkmilləşdirilməsi, valideynlərin rəy və təkliflərinin dinlənilməsi olduğu onların nəzərinə çatdırıldı. Valideynlər məktəb emalatxanasında, idman zalında, akt zalında, məktəb bufetində oldular. Daha sonra valideynlər “açıq dərs”lərdə  iştirak edib dərs proseslərini müşahidə etdilər.

    Tədbirə bədii hissə ilə yekun vuruldu. Azərbaycan Respublikasının Dövlət Himni sədaları altında başlanan tədbirdə şagirdlər, şeir və musiqi nümunələri ilə çıxış etdilər.

    Görüşün sonunda valideynləri maraqlandıran suallara cavab verildi. Valideynlərin rəy və təklifləri, iradları dinlənildi. Tədbirin sonunda məktəbin rəhbərliyi  tədbirdə aktiv iştiraklarına görə valideynlərə təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi