“Oxu” adlı tədbir

19.04.2018-ci il tarixində məktəbdə “0xu”adlı tədbir keçirildi. Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin debatı və tamaşası təşkil olunmuş tədbir məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi S.Nuriyevanın təşkilatçılığı ilə 6-cı sinif şagirdləri tərəfindən hazırlanmışdır. Giriş sözü ilə çıxış edən S.Nuriyeva əsər haqqında ətraflı məlumat verdi. Tədbirdə məktəbin müəllim və şagird heyəti iştirak edirdi. Azərbaycan ədəbiyyat tarixində xüsusi yeri olan əsərin şagirdlərimizin ifasında təqdimatı zalda iştirak edənlərdə xüsusi maraq oyatdı. Sonda çıxış edənlər də əsər haqqında öz fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi