“Dəfinələr adası” kitabının müzakirəsi

10.04.2018 tarixdə məktəbin kitabxanasında Robert Lyunis Stivensonun “Dəfinələr adası” kitabının müzakirəsi keçirildi. Tədbiri giriş sözü ilə müzakirəni hazırlayan məktəbin  kitabxanaçısı Əhmədova Ülkər açdı. O, kitabın müəllifi, əsərin qəhrəmanları və onların xarakterləri haqqında məlumat verdi. Əsərin ideyası və ondan çıxan nəticə haqqında düşüncələrini paylaşdı. Sonra şagirdlərlə kitab haqqında, onların bu əsər ətrafında düşüncələri haqqında fikir mübadiləsi aparıldı. Bu cür tədbirlərin keçirilməsi şagirdlərdə mütaliə bacarığının artmasına, nitqin, intellektin, söz yaddaşının inkişafına müsbət təsir edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi