Aprel şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir

05.04.2018 tarixində məktəbdə “Aprel şəhidləri”nin xatirəsinə həsr edilmiş tədbir Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında açıq elan edildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin şagirdləri ədəbi-bədii kompozisyalarla çıxış etdilər. Eləcə də şəhidlərin xatirəsinə həsr olunmuş video çarxlar, slaydlar, sənədli filmlər təqdim edildi. Tədbirdə aprel döyüşlərində şəhid olmuş Müşfiq Orucovun valideynləri də iştirak edirdilər. Şəhidin atası Arif müəllim Müşfiq haqqinda şagirdlərlə xatirələrini bölüşdü. Sonda məktəbin direktoru F.Həmzəyev çıxış edərək şəhidlərimizin göstərdikləri şücaətdən, onların vətənpərvərliklərindən danışdı. Bu cür tədbirlərin keçirilməsi gənc nəsildə mübarizlik hisslərinin aşılanmasında əvəzsiz rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi