“ 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü”

 31 may 2019-cu il tarixdə məktəbdə şagird, müəllim və valideynlərin böyük marağına səbəb olan” 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü” nə həsr olunmuş geniş bayram konserti keçirildi. Tədbir 2 ç sinifinin sinif rəhbəri Afaq müəllimin rəhbərliyi və həmin sinifin uşaqlarının iştirakı ilə keçirildi. Şagirdlərin çıxışlarına uşaq hüquqları haqqında bəyannamələrdən , konvensiyadan geniş məlumatlar verməklə uşaqların təhsil hüququ sağlamlıq hüququ inkişaf hüququ geniş təbliğ olundu. Tədbirin davamında şagirdlərin ifaları, rəqsləri və s digər çıxışları bütün tamaşaçıların qəlbini oxşadı. Çıxışların sonunda məktəbin direktoru R.Şahverdiyev uşaqları bayram münasibəti ilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi