Məktəbdə “Son zəng” tədbiri keçirildi

14 iyun tarixində məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə 11 ci sinif şagirdləri, onların valideynləri, müəllimlər, iştirak edirdi. Tədbir musiqi sədaları altında Azərbaycanın Dövlət Bayrağının gətirilməsi,məktəbin direktoru Eminova Xədicə müəllimə açıq elan etməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Direktor öz çıxışında məzunlara öz səmimi arzu və istəklərini bildirdi və bütün məktəb kollektivini, qonaqları təbrik etdi. Çıxış edənlər arasında əvvəlki illərdə məktəbimizi bitirən və yüksək nəticələrlə respublikanın ali məktəblərini qazanan məzunlar da var idi. İlk sinif müəllimlərinin və körpə fidanların da çıxışı yaddaqalan oldu.Məzunlarımızın rəngarəng şeirləri və şən mahnıları tədbirə xüsusi gözəllik verdi. Bəyaz göyərçinlərin havadakı zərif uçuşlarını müşyiət edən al-əlvan şarların kölgəsində rəqs edən məzunlar göz yaşlarını saxlamaqda çətinlik çəkirdilər. Nəhayət ki, hər kəsin səbirsizliklə gözlədiyi son zəngin sədaları eşidildi. Məzunlar məktəblə və müəllimləri ilə son dəfə vidalaşaraq xatirə rəsmləri çəkdirdilər. Bu xatirə nəinki onların rəsmlərində, hətta o saf və təmiz şagird qəlblərinin dərinliklərində hələ uzun müddə