Sinif təşkilat saatı keçirilib

Məktəbin ibtidai sinif müəllimi Quliyeva Xumarənın 4"C" sinfində şəhid həkim Ağayev Mirlətif Mirislam oğlunun anım gününə həsr edilmiş sinif təşkilat saatı təşkil edildi.
Qeyd edildi ki, Mirlətif Ağayev 1990-cı ildə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil almışdır. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda könüllü surətdə cəbhəyə yollanan Mirlətif Ağayev həm həkimlik, həm də insanlıq borcunu yerinə yetirərək 247 yaralını döyüş meydanından çıxararaq onları həyata qaytarıb. O, təkcə həkim kimi deyil, fəal döyüşçü kimi də şücaət göstərib. Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak etmiş və oktyabrın 26-da Qubadlının Balasoltanlı kəndində şəhid olmuşdur.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!