Tarix yazan şəhidimiz-Arif Süleymanov yad edilib

   Məktəbin ibtidai sinif müəllimi Emiliya İbrahimovanın 2"B" sinfində Suqovuşanın azad olunmasında şəhidlik zirvəsinə ucalan Arif Süleymanovun ildönümünə həsr edilmiş tədbir təşkil edildi.

   Qeyd edildi ki, Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.

  Tədbir zamanı ailə üzvləri ilə canlı bağlantı yaradıldı, şagirdlərə övladlarının igidliyindən,qəhrəmanlığından geniş məlumat verildi.

  Sonda şəhidimizin əziz xatirəsinə həsr edilmiş şeirlər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi