0b sinfində “Nağıl saatı” adlı dərs tədbir keçirildi.

      28 dekabr tarixində 0b sinfində Bədii təfəkkürün inkişafı ilə bağlı “Nağıl saatı” adlı dərs tədbir keçirildi.Bu dəfəki görüşdə kitabxanaçı Flora xanım uşaqlara “Dovşanın tədbiri” və “Şaxta babanın” nağıllarını oxuyaraq, onları sehirli aləmə aparıb.Görüşdə iştirak edən direktor müavini Leyla xanım Sadıqova bildirib ki, nağıllar nəsildən-nəsilə ötürülən, körpələrin dünya ilə təmasını tənzimləyən, onların dünya görüşünü artıran əvəzsiz bir xəzinədir. Məqsədimiz uşaqları körpə yaşlarından kitabxanaya cəlb etmək, kitaba olan maraqlarını artırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir.Sinif rəhbəri Təranə Muxtarova bildirdi ki, beş yaşlı uşaqlar üçün belə tədbirlərin keçirilməsi onların kitabxanaya, kitaba marağını artırır və gələcəkdə kitab oxumaları üçün sağlam təməl yaradır.“Nağıl saatı” maraqlı diskussiya ilə davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi