3d sinfində həyat bilgisi fənnindən nümunəvi dərs keçirildi.

Məktəbin ibtidai sinif müəllimi Nərminə Rzayeva həyat bilgisi fənnindən nümunəvi dərs nümayiş etdirdi. Mövzu Respublikamız idi. Frontal, qrup şəklində təlim üsullarından istifadə edilərək müəllim qarşısına qoyduğu məqsədə çatdı. Şagirdlər dərsin sonunda Azərbaycanın sərhədləri, faydalı qazıntıları, dağları, vulkanları və pul vahidi haqqında əldə etdikləri bilikləri BİBÖ cədvəlində ümumiləşdirdilər. Dərsdə təlim tərbiyə işləri üzrə direktor müavini Leyla Sadıqova, tərbiyə işləri üzrə müavin Şəbnəm Quliyeva və ibtidai sinif müəllimi Emiliyə Ramazanova iştirak etdilər.