3 b sinfində “8 Noyabr – Zəfər Günü” mövzusunda tədbir keçirilmişdir

5 noyabr tarixində 3 b sinfində “8 Noyabr – Zəfər Günü” mövzusunda tədbir keçirilmişdir.Şəhid Seymur Hüseynoğlunun adını daşıdığı 3 b sinfinin qonaqları şəhidin ailəsi oldu.Şəhidin həyat yoldaşı Nazlı xanım şagirdlərə onun həyat və mübarizə yolundan söhbətlər açdı. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla xanım siniflərə şəhidlərimizin adlarının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini qeyd edib. Tədbirdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini Şəbnəm xanım təhsil ocağının siniflərinə şəhidlərimizin adlarının verilməsinin şagirdlərin Vətənə məhəbbət hissinin, vətənpərvərlik duyğularının daha da yüksəlməsində, təhsildə daha böyük uğurlar qazanmalarında mühüm rol oynadığını qeyd etdi. Bu görüş hər birimizin yaddaşında əbədi yaşayacaq.