Zəfər Gününə həsr olunmuş V-VII-ci sinif şagirdlərinin iştirakı ilə parad keçirilmişdir

Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli əmrinə və məktəbin Fəaliyyət Planına əsasən 3 noyabr tarixində məktəbimizdə " 8 noyabr Zəfər Gününə " həsr olunmuş parad keçirilmişdir.Paradda V-VII-ci sinif şagirdləri iştirak etmişdir.Tədbirdə şəhid Kəlbiyev Muradın anası, şəhid Xəncəlov Ümidin anası, şəhid Cəfərov Zaurun yoldaşı, şəhid Məhərrəmov İsanın anası, şəhid İslamov Elvinin anası, şəhid Zeynallı Rəşadın anası, şəhid Tağıyev Hüseynin yoldaşı, şəhid Nəcəfov Yusifin qardaşı, Birinci Qarabağ müharibəsi şəhidi Arzu Əsədullayevin atası Azadxan Əsədullayev, qazi Ağazadə İlham, Fizuli, Cəbrayıl döyüşlərində iştirak etmiş polkovnik-leytenant Babayev Rəşad iştirak etmişdir.
Şagirdlərin çıxışları münsiflər tərəfindən qiymətləndirilmişdir.
I yer-5 e sinif rəhbəri Tağıyeva Mənzər
5 d sinif rəhbəri Qəhrəmanova Firuzə
6 a sinif rəhbəri Əhmədova Rəna
6 d sinif rəhbəri Əliyeva İntizar
7 a sinif rəhbəri Həsənova Nailə
II yer- 5 b sinif rəhbəri Məhərrəmova Günel
6 y sinif rəhbəri Qurbanova Şəmsiyyə
6 e sinif rəhbəri Sədyarzadə Şahmar
7 d sinif rəhbəri Səfərova Günel
III yer- 5 g sinif rəhbəri Yusupova Gülşən
6 g sinif rəhbəri Quliyeva Əsmər
7 c sinif rəhbəri Rüstəmova Samirə
7 b sinif rəhbəri Əlizadə Cəmilə