Zəfər Gününə həsr olunmuş I-IV sinif şagirdlərinin iştirakı ilə parad keçirilmişdir

Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli əmrinə və məktəbin Fəaliyyət Planına əsasən 2 noyabr tarixində məktəbimizdə " 8 noyabr Zəfər Gününə " həsr olunmuş parad keçirilmişdir.Paradda I-IV-cü sinif şagirdləri iştirak etmişdir.Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Rauf Mehtiyev, Birinci Qarabağ müharibəsi şəhidi Arzu Əsədullayevin atası Azadxan Əsədullayev, qazi Tarıverdili Elməddin, Kəlbəcər, Zəngilan döyüşlərində iştirak etmiş polkovnik-leytenant Emil Səmədov iştirak etmişdir.
Şagirdlərin çıxışları münsiflər tərəfindən qiymətləndirilmişdir.
I yer-1 c sinif rəhbəri Sunar Seyidova
1 g sinif rəhbəri Ləman İsmayılzadə
2 e sinif rəhbəri Xanmədova Tükəzban
2 c sinif rəhbəri Soltanova Kəmalə
3 d sinif rəhbəri Babayeva Fəxriyyə
4 g sinif rəhbəri Cavadova Ziyarət
II yer-1 d sinif rəhbəri Zülfüqarova Aidə
1 e sinif rəhbəri Cavadova İradə
2 d sinif rəhbəri Rzayeva Nərminə
3 b sinif rəhbəri Muxtarova Təranə
III yer-1 a sinif rəhbəri Məmmədova Kəmalə
3 a sinif rəhbəri İsmayılova Təranə