8 b sinfi şəhid Anar Qumaşovun anasını ziyarət etdilər.

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Anar Qumaşovdur.
Məktəbimizin 8 b sinfi Anar Qumaşovun adını daşıyır.Bu gun məktəbimizin direktoru Aygun Əzizova, tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Quliyeva, sinif rəhbərı Sevinc Balayeva, 8 b sinif şagirdləri və valideynləri şəhidin ailəsini ziyarət etdilər.Şagirdlərin ziyarəti şəhidin anasını çox sevindirdi.Şəhidimizin anası, nənəsi Anarın həyat hekayəsi ilə bağlı xatirələrini bölüşdülər.
Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.