Bakı Ali Neft Məktəbi tərəfindən təşəkkür məktubu

Məkəbimizin direktoru Aygün xanım Əzizovaya Bakı Ali Neft Məktəbi tərəfindən təşəkkür məktubu ünvanlanmışdır.Məktubda deyilir: " Hörmətli Aygün xanım 2016/2017 -ci tədris ili üçün I ixtisas qrupu üzrə qəbul imtahanlarında Əliyev İsmayıl Yusif oğlu Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrindən olan Bakı Ali Neft Məktəbini seçmişdir.
Qeyd edək ki, Əliyev İsmayıl müraciət etdiyi xarici ali məktəblərdən 10-na doktorantura və magistratura səviyyəsinə qəbul olub.Həmin ali məktəblər Amerika Birləşmiş Ştatları ,İngiltərə, Avstriya, Yunanıstan və Türkiyənin məşhur universitetləridir.
Bu uğur birlikdə fəaliyyətimizin nəticəsidir. Ümid edirəm ki, Ali Məktəbimizə qəbul olmuş və təhsilini yüksək göstəricilərlə başa vurmuş məzunumuz ölkəmizin gələcək inkişafına dəyərli töhfələr verəcəkdir.Əminəm ki, həm bizim ali məktəbin, eyni zamanda sizin məktəbin məzunu daim öz fəaliyyətində doğma təhsil ocaqlarının adını yüksəldəcəkdir.
Sizə və rəhbərlik etdiyiniz kollektivə gələcək fəaliyyətində uğurlar arzu edirəm.Məhsuldar və gələcək əməkdaşlığımızı davam etdirmək ümidi ilə ".