Məktəblərdə ANIM günü qeyd olundu
İkinci Qarabağ müharibəsi bitdikdən sonra Prezident cənab İlham Əliyev Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam verdi və 2 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalandı.
Bu gün Respublikanın hər yerində olduğu kimi 251 saylı məktəbdə də "Anım Günü" qeyd olundu. Anım Günü Dövlət himni ilə başlandı. İlk olaraq açılışı məktəbin direktoru A.Əzizova etdi.A.Əzizova şəhidlərin Vətən müharibəsində göstərdikləri igidlik və şücaətindən söz açdı və sonda onlar bir dəqiqəlik sükutla yad edildi.Vətənimiz uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Vətən uğrunda ölən varsa vətəndir!