“Azərbaycan dilinin incəlikləri” mövzusunda “dəyirmi masa”

27.11.2019-cu il tarixdə məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimləri Səadət Əhmədli və Səbilə Oruclu tərəfindən V-Vl sinif şagirdlərinin, məktəb-lisey rəhbərliyinin iştirakı ilə “Azərbaycan dilinin incəlikləri” mövzusunda “dəyirmi masa” keçirildi. Fənn müəllimləri mövzunun aktuallığını ön plana çəkərək dil xalqın etnomədəni göstəricisi, onun tarixini, mədəniyyətini özündə əks etdirən bir vasitə kimi xarakterizə etdilər. Şagirdlər dilimizin incəlikləridən bəhs edərək ədəbi dil normalarının düzgün formada öyrədilməsinin zəruriliyi, dil haqqında qanunlar, dil siyasətinin dövlətin prioritet məsələlərindən olmasından danışdılar.

Sonda məktəb-liseyin direktoru Nəbi Mahmudov “Dil millət varlığının yeganə amilidir” qeyd edərək Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ana dilimizin qorunmasına xüsusi önəm verməsindən, Ulu öndərin dilimizin zamanın tələblərinə uyğunlaşması və təkmilləşdirilməsinə xidmət edən fərman və sərəncamlarından söz açdı. Nəbi Mahmudov bu ənənənin ölkə prezidenti İlham Əliyevin siyasətində davam etdiyini xüsusi vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi