Şagirdlərlə ingilis dilində əsər müzakirə edildi

28.11.2019-cu il tarixdə məktəb-liseyin kitabxanasında İngilis dili müəlliməsi Könül Bayramova və Vll "l" lisey sinif şagirdləri tərəfindən görkəmli fransız yazıçısı Şarl Perronun “ Poos in boots” (“Çəkməli pişik”) əsəri ingilis dilində müzakirə edildi.
Şagirdlər ingilis dilində öz müstəqil fikirlərini ifadə edərək, əsərdə qoyulan problemlərə toxunaraq qeyd etdilər ki, əsərdə həsəd, paxıllıq kimi mənfi cəhətlər tənqid, xeyirxahlıq, sədaqət kimi müsbət keyfiyyətlər isə təbliğ olunub. Sonra əsərdə ifadə olunan əsas fikirdən danışaraq bildirdilər ki, insan öz ağlı vasitəsilə uğur qazana bilər.
Bundan başqa əsər oxuculara nə öyrətdi? sualına belə cavab verdilər ki, həyatda çətin vəziyyətdən çıxış yolu həmişə var. Sadəcə bütün problemləri aradan qaldırmaq üçün həmin çıxış yolunu tapmaq, səbirli olmaq və möcüzələrə inanmaq lazımdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi