“ Hər birimiz kitabxanaya bir kitab hədiyyə edək” aksiyası
Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Dünya xalqlarının böyük tarixə malik zəngin, rəngarəng kitab mədəniyyəti xəzinəsində Azərbaycanın kitab sərvəti özünəməxsus yer tutur. Elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə “ Hər birimiz kitabxanaya bir kitab hədiyyə edək” aksiyası həyata keçirilir. Bütün siniflərdən olan şagirdlər böyük həvəslə oxuduqları kitabları kitabxanaya hədiyyə edirlər. Kitabxanaçılar tərəfindən yeni kitabların təqdimatı oldu. Şagirdlər kitablar haqqında maraqlı məlumatlar əldə etdilər və mütaliə etmək üçün yeni kitablardan götürdülər.