“Sabahın alimləri” VIII Respublika müsabiqəsi

     Fevralın 12-də Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Prezidentinin yanında Elmin İnkişafı fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən  "Sabahın alimləri” VIII Respublika müsabiqəsinə start verildi. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il  ABŞ-da keçirilən İnteI İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Müsabiqədə iştirak edən 246№li məktəb-liseyin və 200 №li MLK-nin XI sinif şagirdləri Məmmədova Zöhrə və Bayramlı Azər “Dirixle prinsipi və onun tətbiqləri“  layihəsi ilə iştirak edərək sertifikata layiq görüldülər.Sabahımızın alimlərinə təhsildə,elmı axtarışlarda,tədqiqatçılıq yolunda nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi