Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan şahmat yarışı

   Dekabrın 11-də Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan şahmat yarışı keçirildi.İlk öncə ulu öndər Heydər Əliyevin Azərbaycanda şahmatın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıldı. Söylənildi ki, hələ 1970-ci illərdə, Azərbaycana rəhbərlik edən Ulu Öndər tərəfindən şəhər və rayonlarımızda şahmat məktəblərinin əsası qoyuldu. Ancaq sonralar bu məktəblərin böyük əksəriyyəti ya bağlandı, ya da yararsız hala düşdü. Ancaq Heydər Əliyev Azərbaycana qayıdandan sonra şahmatın inkişafını həmişə diqqətdə saxladı, şəhər və rayonlarda yenidən şahmat məktəbləri açıldı. Məhz bu diqqət və qayğının nəticəsində Müstəqil Azərbaycanımızın şahmatçıları müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəni layiqincə təmsil edərək yüksək nəticələrə nail oldular.

    Sonra məktəbdə təşkil olunmuş şahmat dərslərində düşüncə tərzinə, çevik qərar qəbuletmə, mürəkəb şəraitlərdə taktika seçmək kimi vərdişlərə yiyələnmiş II-III sinif şagirdləri araşında yarış keçirildi. Gərgin və maraqli keçən yarışda I yerin qalibi İdrisli Turqay (3d), II yerin qalibi Mehdili Yusif (3ç), III yerin qalibi Qalayev Elyas (3ç) oldu. Qaliblər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi