Meşələrimiz planetimizin ağciyərləridir!

Fevralın 28-də 7b sinif şagirdləri “Meşələrimiz planetimizin ağciyərləridir” mövzusunda təqdimat keçirdilər. Biologiya müəllimi Zərifə Hüseynova  insanın həyatında bitkilərin əvəzolunmaz rolundan danışdı. O, qeyd etdi ki, meşələr və meşə zolaqları şəhərləri, kəndləri tozdan və zəhərli qazlardan təmizləyir, sakinləri səslərdən qoruyur. Meşələr yeganə təbiət kompleksidir ki, hava və torpaq kimi biosferin çox vacib olan komponentlərinin sabitləşməsinə şərait yaradır.
Şagirdlər meşələrin qırılmasının və ətraf mühitin çirklənməsinin  insanların sağlamlığına təhlükə yaratmasını, minlərlə heyvan və bitkilərin, əkilmiş kənd təsərrüfatı məhsullarının məhv olmasını, iqlimin dəyişməsini və s. yaranan bəlaları hazırladıqları bülletenlərlə təqdim etdilər.
Şagirdlər təqdimatlarını belə şüarla bitirdilər:  Hər bir insan gərək uşaqlıqdan təbiət qarşısında vəzifəsini bilsin, onu sevsin, qorusun və mühafizə etsin. Bəşər təbiəti mühafizə etməyə borcludur, çünki bunu ilk növbədə özü üçün edir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi