İmtahan öncəsi psixoloji gərginliyin aradan qaldırılması

Məktəb-liseyin IX sinif şagirdlərini 01.03.2020-ci il tarixdə keçiriləcək ümumi orta təhsil kursu üzrə buraxılış imtahanlarına psixoloji cəhətdən hazırlamaq məqsədi ilə treninq keçirildi. Məktəb-liseyin tərbiyə işləri üzrə direktor müavini Fatma Əliyeva və psixoloqu Sədaqət İsmayılova treninqdə imtahan öncəsi psixoloji gərginliyin azaldılmasına dəstək məqsədi ilə şagirdlərə bir sıra məsləhətlər verdi.

Şagirdlərlə stresin və həyəcanın dəf olunması və onlarda özünə inamın artırılması yönümündə söhbətlər  aparıldı. Şagirdlərin qidalanması, istirahətlərinin düzgün qurulması, stressi aradan qaldırmaq üçün edilən  gimnastik hərəkətlər və digər məsələlər müzakirə olundu.

Stressin, qayğıların, depressiyanın, yorğunluğun aradan qaldırılması məqsədi ilə keçirilən treninq şagirdlərdə imtahanqabağı bir motivasiya oldu. Səmimi şəraitdə keçirilən treninq istirakçılarda psixoloji gərginliyinin azalması və daxili rahatlıq hissinin yaranması baxımından effektli oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi