İlk dərslər 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olundu

Yanvarın 17-də ilk dərslər "20 Yanvar-Ümumxalq Hüzn Günü"nə həsr olundu. Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə şagirdlərə ətraflı məlumat verildi, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən danışıldı. Xalqımızın qəhrəmanlıq tarixi və mübarizə ruhu barədə şagirdlərin fikirləri dinlənildi, “ Vətən qarşısındakı mənəvi borcumuz” mövzusunda müzakirələr aparıldı.

Eyni zamanda məktəb-liseyin foyesində, sinif otaqlarında məktəblilərin 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş rəsm sərgisi nümauiş olundu, divar qəzetlərinin xüsusi nömrələri hazırlandı .

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi