“ 20 Yanvar şəhidləri” mövzusunda “dəyirmi masa” keçirildi

Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı olaraq məktəb-liseydə silsilə tədbirlər həyata keçirilir. Həmin tədbirlərdən biri tarix müəllimi Ülkər Hüseynovanın rəhbərliyi ilə “20 Yanvar şəhidləri” mövzusunda “dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da məktəb-lisey rəhbərliyi və Vlll sinif şagirdləri iştirak etdilər.

Tarix müəllimi Ülkər Hüseynova 20 Yanvar faciəsinin xalqımızın tarixinə qanlı, eyni zamanda qəhrəmanlıq, şərəf səhifəsi kimi yazıldığını, 30 il əvvəl baş verən siyasi proseslərdən bəhs edərək faciənin əsas səbəblərinə toxundu. Sonra şagirdlər 20 Yanvar şəhidlərinin – Svetlana Məmmədova, Ülvi Bünyadzadə, Larisa Məmmədova və başqalarının həyatı haqqında məlumat verdilər, onların obrazlarını canlandırdılar. Sevgi simvoluna çevrilmiş İlham və Fərizənin həyat yoluna nəzər saldılar. “Dəyirmi masa”da qonaq qismində iştirak edən İlhamın bacısı, məktəb-liseyin kimya müəllimi Gülbəniz Allahverdiyeva dahilərimizin əsərlərində yaratdığı ülvi məhəbbəti reallığa çevirən 2 gəncin – İlham və Fərizənin o faciəli, qanlı yanvar hadisəsində canlarını qurban verərək Vətən sevgisini öz müqəddəs sevgiləri ilə yanaşı qoyduqlarını və yalnız belə bir sevginin ucalığa layiq olduğunu bildirərək sadə bir azərbaycanlı ailəsi timsalında bütün sevənlərə nümunə olduqlarını, İlham və Fərizə adlı sevgi dastanı yaratdıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi