20 Yanvar faciəsinin 30-cu ildönümü

17.01.2020-ci il tarixdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı məktəb-liseydə anım tədbiri keçirildi. Tədbirdə məktəb-lisey rəhbərliyi, müəllim və şagirdlər iştirak etdilər.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəb-liseyin tarix müəllimi Cəmilə Hüseynova "20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq tarixidir" mövzusunda məruzə-təqdimatla çıxış etdi. O, 1990-cı ilin 20 yanvarının Azərbaycanın müasir tarixinə ən faciəli, lakin xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil  olduğunu, mübarizə, azadlıq uğrunda mübarizənin rəmzinə çevrildiyini bildirdi.

O, Qanlı hadisədən 30 il keçməsinə baxmayaraq xalqımızın o dəhşətli günlərin ağrı-acısını unutmadığını, həmin vaxt Moskvada yaşayan Ümummilli lider Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək kəskin bəyanatla çıxış etdiyini, Ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə faciəyə siyasi-hüquqi qiymət verildiyini qeyd etdi.

Daha sonra şagirdlər Qanlı faciəni əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.

Sonda məktəb-liseyin direktoru Nəbi Mahmudov: Qanlı Yanvarda xalqımız azadlıq əzmini itirmədi, əksinə haqq səsini daha ucadan bəyan etdi, xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 

Sonda məktəb-lisey rəhbərliyi tərəfindən tədbirin təşkilatçılarına - təlim-tərbiyə işləri üzrə direktor müavini F.Əliyevaya, UBR K.Muradovaya, Azərbaycan dili və ədəbiyyat müəllimləri  Ç.Həmidovaya və S.Əhmədliyə təşəkkür elan olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi