Rubriklər çap olunmuşdur

Bu günlərdə məktəb-liseyin ibtidai sinif müəllimləri Aybəniz Əhmədova və Sevda Namazovanın, riyaziyyat müəllimi İradə Kərimovanın və informatika müəllimi Elmira Səmədovanın şagirdlərin fəaliyyətinin izlənilməsi və bacarıq səviyyələrinin qiymətləndirilməsi üçün uzun illər ərzində topladıqları təcrübə əsasında Nəbi Mahmudovla birlikdə müəllimlər üçün hazırladıqları "Təhsilalanın riyaziyyatdan və informatikadan fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər" adlı vəsaitlər çap olunmuşdur:

Nəbi Mahmudov və Aybəniz Əhmədova "Təhsilalanın riyaziyyatdan fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər" - 2-ci siniflərdə  dərs aparan müəllimlər üçün;

Nəbi Mahmudov və Sevda Namazova "Təhsilalanın riyaziyyatdan fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər" - 4-cü siniflərdə  dərs aparan müəllimlər üçün;

Nəbi Mahmudov və İradə Kərimova "Təhsilalanın riyaziyyatdan fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər" - 7-ci siniflərdə dərs aparan riyaziyyat müəllimləri üçün;

Nəbi Mahmudov və Elmira Səmədova "Təhsilalanın informatikadan fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər" - 7-ci siniflərdə  informatikadan dərs aparan müəllimlər üçün.

Məktəb-liseyin pedaqoji kollektivi təhsil islahatı baxımından qarşıya qoyulmuş hədəflərə çatmaq üçün qüvvə və bacarığını əsirgəmir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi