"Zərərli vərdişlər və onlardan qorunma yolları"

29.11.2019-cu il tarixdə məktəb-liseydə Biologiya müəllimi Məmmədova Təranə tərəfindən Vll və Vlll L sinif şagirdlərinin iştirakı ilə “Zərərli vərdişlər, onların insan sağlamlığına vurduğu zərərlər və ondan qorunma yolları” mövzusunda tədbir keçirildi. Bəşəriyyətin ən böyük bəlalarından olan zərərli vərdişlərə qarşı mübarizənin aktual xarakter daşıdığını, narkomaniyaya və digər zərərli vərdişlər əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və ona qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü qeyd etdilər. İstər alkoqolizm, istər narkomaniya, istər tütün çəkmə vərdişi, istərsə də sağlam yaşayışa zidd olan vərdişlər – telefon və kompüterdən asılılıq, zərərli qidalar və onların insan sağlamlığına vurduğu zərər, eləcə də ondan qorunma yolları haqqında məlumat verdilər. Hazırda müdhiş miqyas almış, QİÇS cəmiyyətin bütün təbəqələrini əhatə etməsini və bütün dünya üzrə sosial – iqtisadi inkişafı sarsıtmasını, ona qarşı mübarizə və qorunma yollarını xüsusi vurğuladılar. Eyni zamanda şagirdlər öz məktəbli dostlarını məlumatlandırmaq məqsədilə məktəbdə zərərli vərdişlərə qarşı mübarizəyə həsr olunmuş plakatları foyedə sərgilədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi