Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi

     Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi” layihəsinin qalibi məktəbin Biologiya müəllimi Dilşad Nağıyeva  olmuşdur. O, təhsildə Biologiya fənni üzrə bi çox nailiyyətlər əldə etmiş, təlim strategiyasında yeniliklərə nail olmuşdur. Məktəbin qabaqcıl müəllimi Dilşad Nağıyeva "Təlimdə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi" layihəsi adı altında öz uğurlarını müəllim kollektivi ilə bölüşərək bildirdi ki, hər bir müəllim sahəsindən asılı olmayaraq təhsildə yeniliklər əldə edə bilər və öz bacarıqlarından yararlanaraq  və bu layihənin qalibi adına layiq görülə bilər. D.Nağıyeva ilk öncə bu layinənin təqdimatını Təhsil İşçilərinin  Peşəkar İnkişafı İnistitutunun müəllim kollektivinə təqdim etmişdir. Maraqla qarşılanan bu layihə daha sonra Şamaxı rayonu 28 nömrəli orta məktəbdə göstərilmişdir. Bu gün isə - 02.12.2019 tarixində 245 nömrəli tam orta məktəbin müəllim kollektivinə öz dəyərli vaxtını ayıraraq  təqdimatını nümayiş etdirmişdir. D.Nağıyeva təqdimatında bildirmişdir ki, layihənin əsas məqsədi təhsil müəssisələrində sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Sonda müəllimlər layihə haqqında öz fikirlərini bildirərək onlarda maraq doğuran məqamlarla bağlı suallarını D.Nağıyevaya ünvanladılar. Məktəbin direktoru Arzu Azadəliyeva D.Nağıyevanı bu layihənin qalibi olması münasibətilə təbrik etdi, növbəti pedoqoji fəaliyyətində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi