ADİU-nin müəllimləri ilə 10-11-ci sinif şagirdlərinin görüşü

     Abiturientlərə ali məktəblərin üstünlükləri barədə məlumatlandırılması layihəsi çərçivəsində 29 Noyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri ilə 10-11-ci sinif şagirdlərinin görüşü keçirildi.ADİU-nun menecment kafedrasının dosenti Vüqar Nəsibov və biznesin idarəedilməsi kafedrasının müəllimi Vəli Həziyev şagirdlərin qarşısında çıxış edərək universitetin tarixindən, tədrisin keyfiyyətinin yüksəldilməsindən və təşkilindən, tədris prosesinin tamamilə elektronlaşmasından, ixtisaslardan söhbət açdılar. Daha sonra qonaqlar şagirdləri maraqlandıran sualları ətraflı cavablandırdılar. Sonda xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi