Valideynlərlə görüş

     Son zamanlar şagirdlərin hər hansı bir fiziki və psixoloji zorakılığa məruz qalmasınin tez-tez şahidi oluruq. Bu məqsədlə məktəbin şagirdləri ilə bir neçə dəfə söhbətlər aparılıb, təqdimatlar təqdim olunub, Növbəti görüş valideynlərlə keçirildi. Məktəbin psixoloqu Xavər Rzayevanın və təşkilatçı Rübabə Əhmədovanın təşkilatçılığı ilə Keçirilən bu görüş sosial mediada geniş əks- səda yaratmış “ Mənimlə danış “ videoçarxının nümayişi ilə başladı. Daha sonra təşkilatçılar həm məktəbdə , həm də ailədə şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsindən, tərbiyə işinin düzgün qurulmasından, valideynlərin övladları ilə daha çox vaxt keçirməsindən, onlara daha yaxın olmalarından, qayğı və diqqətin artırılmasından danışdılar. Çünki sevgiyə, diqqətə, qayğıya ehtiyacı olan uşaqlar ailədən uzaqlaşır, özünəqapanır və bu da uşağın psixikasında çox ciddi fəsadlar yaradır. Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi