“ Mənimlə danış” kampaniyası

       Son zamanlar geniş yayılmış halların, şagirdlərin hər hansı bir fiziki və psixoloji zorakılığa məruz qalması hallarının valideynlərin, məktəb rəhbərlərinin, həmçinin ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi ilə AR Təhsil Nazirliyi tərəfindən “ Mənimlə danış” kampaniyasına start verilib. Məktəbin psixoloqu Xavər Rzayevanın və təşkilatçısı Rübabə Əhmədovanın təşkilatçılığı ilə VIII sinif şagirdləri ilə tədbir keçirildi. Tədbir sosial mediada geniş əks- səda yaratmış “ Mənimlə danış “ videoçarxının nümayişi ilə başladı. Daha sonra təşkilatçılar məktəbdə şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsindən, tərbiyə işinin, məktəbdə sağlam psixoloji mühitin rolundan və məktəb- ailə münasibətlərindən söhbət açdılar. Sonda şagirdlər mövzuya uyğun öz fikirlərini paylaşdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi