Ağacəkmə aksiyası

     11.11.2019-cu il tarixində Xətai rayonu Gənclik parkında Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan "Ağacəkmə aksiyası" keçirildi. Aksiyanın şüarı “ Təbiət naminə birləş! Həyat naminə birləş!” Ölkəmizin prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyevanın qatıldığı bu aksiyada məktəbimizin bir qrup müəllim və şagird kollektivi də iştirak etdi. Aksiyada 30000 Eldar şamı, Sərv, Tuya, Akasiya, Zeytun ağacları əkildi, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldıldı, yaşıllıqlara aqrotexniki qulluq göstərildi. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi