“Əlvida ilk müəllimim” adlı buraxılış tədbiri

Məktəbdə IV sinif şagirdlərinin “Əlvida ilk müəllimim” adlı buraxılış tədbiri keçirilib. İlk dəfə olaraq bu il məktəbin bütün IV sinif şagirdləri bir araya gəlmişdilər.Tədbirdə şagirdlərlə yanaşı, onların valideynləri və məktəbin müəllim kollektivi iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlandı. Daha sonra şagirdlər 4-il ərzində müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdirdilər. Şagirdlərin ifasında bir-birindən maraqlı mahnılar, şeirlər, rəngarəng rəqslər nümayiş olundu. Müəllimlərinin böyük zəhməti hesabına şagirdlərin nümayiş etdirdikləri çıxışla tədbir iştirakçılarında xoş təəsüratlar yaratdı.Bu bayram tədbirini şagirdlərin 4 ildə qazandıqları bilik və bacarıqların hesabatı kimi dəyərləndirmək olar. Bu tədbirin ərsəyə gəlməsində yaxından iştirak edən, məktəbdə fəaliyyət göstərən VMA-nın prezidenti Samirə xanıma, üzvləri Raifə xanıma və Aynurə xanıma dərin təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi