"QİÇS və narkomaniyaya qarşı mübarizəyə səndə qoşul !!! " başlığı altında maarifləndirici tədbir

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Ədalət və İnkişaf Naminə " Uşaq və Gənclərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə məktəbdə "QİÇS və narkomaniyaya qarşı mübarizəyə səndə qoşul !!! " başlığı altında maarifləndirici tədbir keçirildi. Tədbirdə "Ədalət və İnkişaf Naminə " Uşaq və Gənclərə Dəstək İctimai Birliyinin sədri Könül Əfəndiyeva, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin sədri Günəş Cəfərova, Bakı şəhər narkoloji dispanserin 7 saylı şəhər poliklinikasının anonim narkoloji kabinetin həkimi Günay Əsgərova, məktəbin 7-10-cu sinif şagirdləri və məktəbin müəllimləri iştirak edirdilər. İlk öncə "Ədalət və İnkişaf Naminə " Uşaq və Gənclərə Dəstək İctimai Birliyinin sədri Könül xanım çıxış edərək tədbirin məqsədi və mahiyyəti haqqında ətraflı məlumat verdi. Sonra şagirdlərə film nümayiş olundu. Daha sonra isə Günay xanım və Günəş xanım növbə ilə çıxış etdilər. Çıxışlardan sonra şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırıldı.Sonda şagirdlərə "Ədalət və İnkişaf Naminə " Uşaq və Gənclərə Dəstək İctimai Birliyini tərəfindən hazırlanmış bukletlər paylanıldı və xatirə şəkli çəkdirildi. Şagirdlər bu görüşdən çox məmnun qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi