Ana dilimizi sevək və qoruyaq

Məktəbin kitabxanasında 21 fevral - Beynəlxalq Ana dili günü münasibətilə "Ana dilimizi sevək və qoruyaq" başlığı altında dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin direktoru Ülviyyə İsmayılova, təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Ağaliyeva, tərbiyə işləri üzrə müavin Rübabə Əhmədova və kiabxana müdiri Əlizadə Sona iştirak etdilər. V-VII sinif şagirdləri Bəxtiyar Vahabzadənin, Tofiq Bayramın və Xəlil Rza Ulutürkün ana dilinə həsr olunmuş şeirlərindən ibarət kompozisiya ilə çıxış etdilər. Daha sonra bu şeirlər məktəbin foyesində digər şagirdlərimizi üçün də səsləndi.

Bu çıxışları hazırlamaqda şagirdlərimizə köməklik göstərən RUGİM-nin "gənc diyarşünas" dərnək rəhbəri Nəzakət İbrahimovaya təşəkkürlərimizi bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi